MSK: “Parlament seçkilərini baş tutmuş hesab etmək olar”

Natiq Məmmədov: “Beynəlxalq müşahidəçilər seçki prosesindən razı qalıblar, veb-kameralar vasitəsilə də hər hansı bir pozuntu qeydə alınmayıb”

Source:


Natiq Məmmədov: “Beynəlxalq müşahidəçilər seçki prosesindən razı qalıblar, veb-kameralar vasitəsilə də hər hansı bir pozuntu qeydə alınmayıb”

Milli Məclisə keçirilən seçkilərdə seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, seçicilər seçkilərdə aktiv iştirak ediblər.

Onun sözlərinə, seçkiləri baş tutmuş hesab etmək olar: “Seçkilərin azad və şəffaf keçirilməsi təmin edilib”.

N.Məmmədov bildirib ki, daxil olan müraciətlərin hamısı sorğu xarakterli olub. N.Məmmədov əlavə edib ki, beynəlxalq müşahidəçilər də seçki prosesindən razı qalıblar. Onun sözlərinə görə, veb-kameralar vasitəsilə də hər hansı bir pozuntu qeydə alınmayıb.

Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirib.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Ana səhifəXəbərlərMSK: “Parlament seçkilərini baş tutmuş hesab etmək olar”