Mövsüm Səmədov ”karser”ə salınıb

Vəkil: “Həbsxanaya qaytarıldıqdan dərhal sonra “karser”ə salınması qanunaziddir”

Source:


Vəkil: “Həbsxanaya qaytarıldıqdan dərhal sonra “karser”ə salınması qanunaziddir”

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 saylı cəzaçəkmə məntəqəsinə qaytarıldıqdan sonra “karser”ə salınıb. Bu barədə “Turan”-a vəkil Yalçın İmanov bildirib.

M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı həbsxanadan 2 il müddətinə ciddi rejimli Qobustan həbsxanasına köçürülüb.

Vəkil Y.İmanovun sözlərinə görə, M.Səmədovun Qobustan həbsxanasında qalmasının müddəti noyabrın 28-də bitib. Növbəti gün onu əvvəllər cəza cəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinı qaytarıblar. Həbsxanaya gəldikdən sonra M.Səmədovu 15 sutkalığa “karser”ə salıblar.

Vəkil M.Səmədovun həbsxanaya qayıtdıqdan sonra dərhal karserə salınmasını qanunazidd adlandırıb.

Ana səhifəXəbərlərMövsüm Səmədov ”karser”ə salınıb