“Moskva” Univermağı yanır

Yanğın binanın birinci mərtəbəsində qızıl-zinət əşyaları satılan piştaxtalarda baş verib. İlkin məlumata görə, hadisə elektrik xətlərində baş verən nasasızlıq səbəbindən başlayıb.

Source:


Yanğın binanın birinci mərtəbəsində qızıl-zinət əşyaları satılan piştaxtalarda  baş verib.  İlkin məlumata görə, yanğın elektrik xətlərində baş verən nasasızlıqdan başlayıb.

Martın 14-də səhər saat 7.55-də “Moskva” Univermağında yanğın baş verib. Paytaxtın əsas qızıl ticarəti mərkəzi adı ilə tanınan univermağın birinci mərtəbəsində baş verib. Artıq yanğınsöndürənlər hadisə yerindədir. Univermaqda dükanı olan hadisə şahidlərindən biri Meydan TV-yə bildirib ki, alov güclü başlasa da yanğınsöndürənlər onun digər mərtəbələrə keçməsinin qarşısını ala bilib. Onun sözlərinə görə, artıq yanğın tam söndürülüb, lakin qatı tüstü olduğundan vətəndaşlar içəri buraxılmır.

Fövqəladə Hallar Nzirliyinin hadisə yerində olan rəsmilərinin ANS-ə verdiyi məlumata əsasən, yanğın elektrik xətlərində baş verən nasasızlıqdan başlayıb. Amma hələ xəsarət alan yoxdur və ticarətçilərə nə qədər zərərin dəyməsi hələ aydınlaşmayıb.

Univermaqın işi hələ bərpa olunmayıb. Cəmi 2-3 sahibkarın içində zinət əşyaları olan seyfinin və piştaxtaların yandığı bildirilib. Milli.Az-ın məlimatına görə, dükan sahiblərindən birinə yanğın zamanı təxminən 400 ədəd brilyant qaşlı üzük-sırğası tələf olub. Hələlik ticarətçilərə dəqiq nə qədər zuyan dəydiyi bilinmir.

Ana səhifəXəbərlər“Moskva” Univermağı yanır