“Moskva Bakıya xarici siyasəti necə yürütməyi diktə edir”

Ərəstun Oruclu: “Bakının Riqa Sammitində iştirak etməməsinin səbəbi Rusiya amilidir”

Source:


Ərəstun Oruclu: “Bakının Riqa Sammitində iştirak etməməsinin səbəbi Rusiya amilidir”

Günün birinci yarısında prezident İlham Əliyevin Riqa sammitində iştirak etməməsinin səbəbini izah edən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov bunu dövlət başçısının iş qrafikinin sıxlığı ilə əlaqələndirmişdisə, sonradan fərqli izahat gündəmə çıxdı.


APA

-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, prezident

İlham Əliyev

in

Avropa İttifaqı

“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır.

Agentlik bildirib ki, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur.


APA

-nın əldə etdiyi digər bir məlumata görə, bir müddət əvvəl

Prezident Administrasiyası

rəhbərinin müavini

Novruz Məmmədov


Avropa İttifaqı

nın Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək,

Avropa Parlamenti

nin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.

O, M. Marddan mayın 12-də

Avropa Parlamenti

ndə Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib.

Avropa İttifaqı

nın nümayəndəsinə çatdırılıb ki, tədbir dayandırılmayacağı təqdirdə, Azərbaycan Prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək.

Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: “Azərbaycan hakimiyyəti 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da

Avropa Parlamenti

nin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident

İlham Əliyev

də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib”.

Bütün bunları Meydan TV-yə şərh edən politoloq Ərəstun Oruclu düşünmür ki, səbəb heç də APA-nin yaydığı kimi “qara piar” kampaniyasıdır: “Ən azı bir neçə saat ərzində iki dövlət məmurunun fərqli fikirləri birmənalı qarşılanmamalıdır. Düzdür, açıqlama onların birinin adından yayıldı, amma hələ Novruz Məmmədovun təkzibi yoxdur. Bu mənada həmin fikirlərin gündəmə gətirilməsi bəhanə və planlı səciyyə daşıyır. Yəni hakimiyyətin özü sanksiyalaşdırıb ki, ictimai rəydə bu cür fikir ayrılığı formalaşdırılsın. Hakimiyyət rəsmiləri Avropa Parlamentindəki müzakirəni bəhanı edə bilərlər, ancaq bu qurum müstəqil olduğundan istənilən məsələni müzakirəyə çıxarda bilər. Avropa Parlamenti Avropa Birliyindən və Avropa Komissiyasından asılı deyil. Bir daha deyirəm, bu cür fikir ayrılığını ortaya atmaq başqa səbəbin olduğunu göstərir. Başqa səbəbin də Rusiya olduğu ehtimalı yaranır. Fikir verin iqtidar təmsilçiləri Qərbə qarşı aqressiv olsa da, Rusiyaya  gəldikdə, səslərini çıxarda bilmirlər”.

Politoloq Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin bu günlərdə Bakı səfərini də sıradan bir səfər hesab etmədi: “Görünür, Patruşevin həm də Kremlin mesajını Bakıya gətirmişdi. Onsuz da əvvəlcədən Kreml rəsmiləri Riqa Sammitini Rusiyanın əleyhinə tədbir hesab etmişdilər. Bu, bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin “biz müstəqil siyasət yürüdürük, heç bir qüvvə siyasətimizə təsir edə bilməz” kimi bəyanatları tamamilə boş bir şeydir və ictimai rəyi aldatmağa hesablanıb. Əslində, Moskva Bakıya xarici siyasətini necə yürütməyi diktə edir”.

Ərəstun Oruclu “Riqa Sammitində iştirak etməmək Bakıya nə verir” sualını belə cavablandırdı: “Düşünmürəm ki, prinsipial baxımdan nəsə dəyişəcək. Amma bu gün Azərbaycan Qərbə yox, Qərb Azərbaycana laızmdır, məhz Rusiyadan qorunmaq üçün. İndiki münasibətlə isə buna nail olmaq mümkün deyil, aparılan siyasət isə Qərbi bir az da Azərbaycandan uzaqlaşdıracaq”.

Ana səhifəXəbərlər“Moskva Bakıya xarici siyasəti necə yürütməyi diktə edir”