Moskva Azərbaycanda RLS tikmək fikrindən daşındı

Ərəstun Oruclu: Moskvanın maddi durumu hərbi xərcləri ödəməyə imkan vermir, Suriya əməliyyatına gündə təxminən 60 milyon dollar civarında xərc tələb edir

Source:


Ərəstun Oruclu: Moskvanın maddi durumu hərbi xərcləri ödəməyə imkan vermir, Suriya əməliyyatına gündə təxminən 60 milyon dollar civarında xərc tələb edir

Rusiya Qəbələdə “Daryal” RLS-in yerində “Voronej” tipli yeni stansiya tikməyəcək və xaricdə bu cür sistemlər tikməyi məqsədəuyğun hesab etmir, deyə şənbə günü RF hərbi-kosmik qüvvələr ordusunun qərargah rəisi, general-mayor Anatoli Nesteçuk bildirib.

“Hesab edirəm ki, yerli sistemin vəsaitləri RF ərazisində olmalıdır və bu vəzifələri zəmanətli şəkildə yerinə yetirməlidir”, deyə Nesteçuk RSN radiostansiyasına Qəbələdə bağlanmış “Daryal” stansiyasının yerinə “Voronej” RLS-in tikintisi planları haqqında suala cavabda bildirib.

Bu gün Rusiyanın hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” RLS, Belarusda “Volqa” RLS mövcuddur, deyə o xatırladıb. “Amma artıq bu strateji istiqamətlərdə də raket hücumundan müdafiə üzrə vəzifələrin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitimiz var”, deyə Nesteçuk əlavə edib.

Bu yay RF Müdafiə Nazirliyinə yaxın “Zvezda” telekanalı 2017-ci ildə Azərbaycanda bağlanmış “Daryal” RLS-in yerinə yeni “Voronej” RLS tikəcəyini bildirmişdi.

Rəsmi Bakı bu bəyanatı heç cür şərh etməyib, Nesteçukun bəyanatı isə bununla bağlı Moskvanın ilk rəsmi fikri oldu.

Nesteçukun bəyanatını Meydan TV-yə şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, bununla Kreml həm taktiki addım da ata bilər, həm də imtina qərarı verər. Məsələ ondadır ki, Rusiya Suriyaya hərbi müdaxilə etməklə başqa taktika seçdi. Bu taktika daha çox Ukraynadan geri çəkilmək üçündür: “Moskva Ukrayna müharibəsinin maraqlarına cavab vermədiyini anlayır, əslində, bu tələydi və həmin müharibə Rusiyanın daxili həyatına təsir edən amildir. Görünür, bunu anlayıb Suriyaya hərbi müdaxilə yolunu seçdilər”.

“Əgər birinci müharibədən çıxa bilməyiblərsə, ikincinə ehtiyac vardımı” sualına siyasi şərhçi cavab verdi ki, “ikinci bataqlıq” Rusiyanın daxili auditoriyası üçün daha məqbul “bataqlıqdır” və ölkənin daxili siyasi durumuna təsir göstərmir. O mənada ki, ukrayna və rus xalqları bir-birinə tarixi, mədəni, etnik baxımından çox yaxın olduqlarından Rusiyanın Ukraynaya hərbi müdaxiləsi daxildə çox böyük etirazlar doğurdu. Suriya isə xeyliu uzaqdır və bu ölkəni daxili ictimai rəyə yaxşı təqdim etmək olar. Yəni Rusiyanın qlobal güc olaraq dünya proseslərində iştirakı, NATO-nun, ərəb ölkələrinin rəyini nəzərə almadan addım atılması baxımından. Görünür, Ukraynadan geri çəkilməsi üçün belə addım atıldı. Güman ki, Rusiyaya yeni raket əleyhinə sistemlər və RLS-lər həqiqətən lazım deyil. Başqa tərəfdən də Moskvanın maddi durumu hərbi xərcləri ödəməyə imkan vermir. Suriya əməliyyatı kifayət qədər bahalıdır, gündə təxminən 60 milyon dollar civarında xərc tələb edir”.

Ana səhifəXəbərlərMoskva Azərbaycanda RLS tikmək fikrindən daşındı