Mayın 9-dan minaların zərərsizləşdirilməsi işlərinə başlanılacağı gözlənilir
Xəzərin Azərbaycan sektorunda gəmi minaları tapılıb.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, “UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycandakı filialı tərəfindən aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində 6 ədəd böyük gəmi minası (КБ-1) aşkar edilib.
Bildirilir ki, minalar SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılıb.
Mayın 9-dan minaların zərərsizləşdirilməsi işlərinə başlanılacağı gözlənilir.
Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanıb.
Dənizin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirildiyi qeyd olunub.