Bərdəyə düşən mərmi 16 yaşlı gəncin həyatına son qoyub (yenilənir)

Nazirlik döyüş əməliyyatlarının müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam etdiyini, qarşı tərəfin cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildiyini deyir.

Source: Foto: arxiv


17.36.


Noyabrın 7-də saat 16 radələrində Ermənistanın silahlı qüvvələrinin atdığı mərmi Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış evinə düşüb. Nəticədə 2004-cü il təvəllüdlü Şahmalı Ətraf oğlu Rəhimov həlak olub.


Məlumatı Respublika Prokurorluğu təsdiqləyib. Bildirilir ki, yaşayış evinə ciddi ziyan dəyib.

***

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik döyüş əməliyyatlarının müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam etdiyini, qarşı tərəfin cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildiyini deyir.

Ana səhifəSiyasətBərdəyə düşən mərmi 16 yaşlı gəncin həyatına son qoyub (yenilənir)