Mixail Zabelin Krımla Qarabağ məsələsini eyniləşdirib

Zərdüşt Əlizadə “Deputatın fikirləri hüquqi cəhətdən yanlışdır”

Source:
Mixail Zabelin
Mixail Zabelin


Zərdüşt Əlizadə “Deputatın fikirləri hüquqi cəhətdən yanlışdır”

“Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağı geri qaytarmaq haqqıdır”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalar arası dialoq və islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışında

bildirib

.

“Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Qeyd olundu ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır”, – deyə M.Zabelin vurğulayıb.

M.Zabelin Qarabağ müharibəsi zamanı Azərbaycanda olan bütün xalqların, din nümayəndələrinin vətən torpağı uğrunda vuruşduğunu qeyd edib.

Zərdüşt Əlizadə

Mixail Zabelin rus ictimaiyyətinin xoşuna gəlmək üçün Qarabağı Krımla eyniləşdirir

Siyasi icmalçı Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, deputatın fikirləri hüquqi cəhətdən yanlışdır:

“Çünki Krım hüquqi baxımdan Ukrayna Respublikasının ərazisidir və Rusiya qərb tərəfdaşları ilə birlikdə “Budapeşt bəyannaməsi”ndə bu ölkənin ərazi bütövlüyünə zamin durmuşdu. Sonradan qeyri-qanuni

olaraq Krımı zəbt edib və bütün dünya bölgənin Rusiyanın ərazisi olaraq tanımır. Ermənistanda Azərbaycanın bütün dünya tərəfindən qanuni ərazisi kimi tanıdığı Dağlıq Qarabağı işğal edib. Bu mənada fərq görünür”.

Zərdüştb Əlizadə hesab edir ki, Mixail Zabelin rus ictimaiyyətinin xoşuna gəlmək üçün Qarabağı Krımla eyniləşdirir. Bu, səhv mövqedir. Mənim Zabelinə dərin hörmətim olsa da, bir qədər təhrif edib”.

Azər Qasımlı

İndi hamı rahatlıqla deputatın Moskvaya bağlı olduğuna inana bilər

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, Krımın işğalı II dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistemi tamamilə çökdürdü. Çünki müharibədən sonra bir ölkənin başqa bir ölkənin ərazisini işğal edib, özünə birləşdirməsi ilk dəfə idi. Tarixi olaraq Krımın kimin olmasını tarixçilər müzakirə etməlidir. Ancaq Krım hüquqi olaraq Ukraynanın ərazisidir. Rusiya, Qərb və Ukrayna “Budapeşt bəyannaməsi”ni imzalayıb, bu sənədlə şimal ölkə Ukraynanın ərazi bütövlüyünün təminatçısı olan ölkələrdən biridir. Rusiya Krımı işğal etməklə beynəlxalq müqaviləni pozub”.

Azər Qasımlı Mixail Zabelinin Azərbaycan hakimiyyətindən çox Moskvanın təsiri altında olduğunu düşünür:

“Zabelin məhz Rusiyanın Azərbaycanda əsas adamlarından biridir ki, illərdir Milli Məclisə deputat seçdirirlər. Ancaq onun bu açıqlaması Azərbaycan hakimiyyətinin xarici siyasəti ilə daban-daban ziddir. Əslində, Zabelinin mövqeyini bu şəkildə, sırf Rusiya maraqları baxımından ifadə etməsi ona olan şübhələri yox etdi. İndi hamı rahatlıqla deputatın Moskvaya bağlı olduğuna inana bilər”.

Ana səhifəXəbərlərMixail Zabelin Krımla Qarabağ məsələsini eyniləşdirib