Mitinqöncəsi saxlanılanlar cəzalandırılıb

AXCP üzvləri sutkalıq həbs edilib

Source:
foto arxiv
foto arxiv

AXCP üzvləri sutkalıq həbs edilib

Milli Şuranın Bakıda keçirdiyi mitinqdən öncə 5 fəal həbs edilib. Məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yayıb. Həbs edilən AXCP üzvləri Aqil Əli Məhərrəm, Emil Səlimov, Bəhruz Həsənli, İlham Hüseyn, Saqif Qurbanovdur. Hər biri 15 sutka azadlıqdan məhrum edilib.

Emin Manıyev və Nicat Nizamovdan isə xəbər yoxdur.

Başqa bir dindar fəal Əhsən Nuruzadədən də sentyabrın 19-dan bəri məlumat almaq mümkün deyildi. O, həmin gün günorta saatlarında ev geyimində mağazaya getmək adı ilə çıxıb, geri dönməyib. Əhsən Nuruzadəyə də 10 sutka həbs verildiyi deyilir.

Sentyabrın 23-də Milli Şura Bakıda Məhsul Stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə razılıq verib. Milli Şura növbəti mitinqi oktyabrın 7-nə təyin edib.

Ana səhifəXəbərlərMitinqöncəsi saxlanılanlar cəzalandırılıb