Miskin mənzərənin 3 çaları…

Televiziaların hüzünlü sonu

Source:


Birinci mənzərə

Hardasa bir-iki həftə öncə Sumqayıtda marşrutda belə bir olay diqqətimi çəkdi.Deməli, bir gənc xanım dayanacaqda düşdü. Boynunu arxaya uzadıb, üzü tutqun bir qadına dedi: “Düşərsiniz, pulunuzu verdim, xala”.

Birdən hər şey dəyişdi. Xalanın üzündə gülüşlər açıldı. Döndü, oldu 18 yaşlı gənc xanım. Başladı imamlardan, seyidlərdən o gəlin üçün xeyir, bərəkət istəməyə.

Ağlımızın ən dərin yerindən düşünsək, görərik ki, bizdə 20 qəpiyə dua etdirəcək çoxlu səfil yaşayır. Qınamaq çətindi. Mənim öz yolpulumu da kimsə verəndə, 200 imam çağıraram ki, həmin adama kömək olsun ona. Bunun iki səbəbin izah edirəm.

Birincisi, gözümüz əllərdədi, gözümüz filankəsin,bəhmənkəsin cibindədi. Kiminsə boynuna niyə ataq ki? Bizi belə böyüdüblər. Kimdənsə ummaq…

İkincisi,ölkənin durumu da mənən bizə təsir edir.Sosial-məişət problem yaşayan millətin dünya görüşündən danışsaq, insafsızlıq olar.


İkinci mənzərə

Biz həmişə ölkəmizin sazına, tarına, qavalına həvəslənən bir xalq olmuşuq. Məsələn, uşaq vaxtı bizim kəndin qoca kişiləri deyirdi: Filankəsin toyu qırx gün,qırx gecə qara zurnayla oldu. Elə həvəslə bunu deyirilər ki, elə bil, ərəb şeyxləri kimi bal ayına dünya turuna çıxıblar.

Ac qarına qırx gün, qırx gecə oynayıblar kilim-palazın arasında. Hələ sevinirdilər də.

Bunları deməyimin səbəbi var: televiziyalar. Gəlin, bir anda düşünək, elə ev varmı o evdə televizya olmasın? Türk filimlərinin bir-ikisində baxmışdım Türkan Şoray bir köylü qızıdı,onu istəyən oğlan gəlib həmin köyə. Axşam olur, darıxır. Deyir sizdə televizya yoxdu? Türkan da deyir, yox. Deyir, qəzet- filan da yoxdumu? Deyirlər, yox…

Yəni bizdə televizyadan əziyyət çəkən ev yoxdu.

Sözümün “mustafa”sına gəlirəm. Space tv-də “Banu” verlişi gedir.Aparıcısı Günel adlı bir qız. Baxanlar bilir, kök qızdı. Bir dəfə kənddə bir qohum kişi dedi ki, mən bu verlişə aparıcı qıza görə baxıram. Sözün qısası Günel bir-bir düşüb Azərbaycanın kəndlərini gəzir, toylarını ekranlaşdırıb dünyaya göstərir.

Yaxşı edir. Qavalımızı, sazımızı, zurnamızı, tütəyimizi dünyaya çatdırır. Ermənilər də görür saydıqlarımızı. İndi mən toyun sonuna çatıram. “Banu” verlişinin aparıcısı Günel xanım çəklişi bəy otağında edir. Girir yataq otağına, gəlindən soruşur, qorxmursan ki? Bəydən soruşur, həyəcanlı deyilsən?

Belə gic-gic suallar verir. Özünü atır yatağın üstünə. Deyir: “Aaa, bu yataq necə də yumşaqdı, güllüdü. Anan hazırlayıb? Qorxmayın, hər şey yaxşı olacaq”. Hələ söz verir ki, “üç gündən sora gələcəm sizi yoxlamağa, ay dələduzlar…”

Hər evdə Günelin yataq otağını necə çəkəcəyini səbirsizliklə gözləyən seyircilər olduğu kimi, dişi tökülmüş kişilər, burnunu ətəklərinə silib, yemək bişirən arvadlar da az deyil. Hələ cavan oğlanların Günellə şəkil çəkdirmələri hissəsi də bir ayrıdı.Çox üzücü, hüzünlüdü vəziyyət.


Üçüncü mənzərə


Elə bu üçüncü də şəkil çəkdirmək mövzusundadı. Bir dəfə evdə bizimkilər oturub ATV- də Zaur Baxşəliyevin verlişinə baxırdılar. Bir də gördüm ki, bir gənc ana,yanında da oğlu, Zaurun verlişinə çıxıb. Zaur dəvət etmədən öncə, dindirmə otağında anasın danışdırdılar.Anası bir sevinirdi, gəl görəsən.

Dedi ki, mənim oğlum şəkil çəkdirməyi sevir. Zaur onun sözün ağzında qoydu tez oğlanı səhnəyə aldı. Dedi, danış görüm. Oğlan da fəxrlə söhbətə gitaranın qəmgin notları altında danışdı.Dedi, mən məşhurlarla şəkil çəkdirməyi sevirəm.Keçən dəfə Telli Borçalını şəhərdə gördüm düşdüm onun arxasınca. İki kilometr yol qaçdım.

O maşınla, mən piyada.Axır razılıq aldım, bir şəkil çəkdirdik.Üstəlik, bir qucaq o tip şəkillər gətirmişdi.Üstündən də Zaura bir şer oxudu. Zaur da xoşbəxt oldu, oğlan da, anası da.

Mən də hüzünlə başımı salıb, oturdum. Düşündüm ki, bu uşaq kimi ölkədə beş gənc vardısa, deməli Lütfizadə də bizim adımızı ucalda bilməz.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMiskin mənzərənin 3 çaları…