Minskdə Avrasiyanı dəfn etdilər

Mövcud olduğu 14 il ərzində Avrasiya ideyası bir əsas səbəbdən reallığa çevrilə bilmədi ki, AvrAsİB, onun mərkəzi oxu – Rusiya yaxın və uzaq qonşuları üçün cəzbedici ola biləcək güclü, sağlam bir dövlətə çevrilə bilmədi.

Source:


Mövcud olduğu 14 il ərzində Avrasiya ideyası bir əsas səbəbdən reallığa çevrilə bilmədi ki, AvrAsİB, onun mərkəzi oxu – Rusiya yaxın və uzaq qonşuları üçün cəzbedici ola biləcək güclü, sağlam bir dövlətə çevrilə bilmədi.



MDB dövlət başçılarının Minskdə keçirilən sammiti sovet ittifaqının dağıntıları əsasında qurulmuş və keçmiş sovet və çar imperiyasının qalıqlarını Yeni Rusiya ətrafında birləşdirmək məqsədi daşıyan bu təşkilatın getdikcə daha çox tənəzzülə uğradığını nümayiş etdirdi.

Sammitin formatı və üslubu göstərdi ki, suveren dövlətlərin ittifaqı sağalmaz xəstəliyə yoluxub və Gürcüstandan sonra Ukrayna ölməkdə olan MDB-nin tabutunun qapağına mismar çalan növbəti ölkə oldu. Məsələ prezident Petr Poroşenkonun sammitdə iştirak etməməsindən daha çox indiyədək postsovet ölkələrini birləşdirən suverenlik prinsipinin birbaşa Gürcüstana və Ukraynaya qarşı açıq-aşkar aqressiyalarından əvvəl gizlicə Moldovada, Cənubi Qafqazda və Mərkəzi Asiyada közərən münaqişələri dəstəkləyən Rusiya tərəfindən ikinci dəfə pozulmasındadır.

Ukrayna ətrafındakı son hadisələr, kiçik müttəfiqləri ilə öyüdçü tonu və Qərblə açıq-aşkar qarşıdurma prezident Vladimir Putinin 2000-ci ildə hakimiyyətə gəldikdən sonra Avrasiyaçılıq ideyasına bürünən Rusiyanın Qərb və Şərq məkanında xilaskar rolunun geri qaytarılması ilə bağlı səylərini boşa çıxardı. Onun varisi, abbreviaturası “Avrasiya” sözünə bənzəyən Avrasiya İqtisadi Birliyi (AvrAsİB) mərhum elan edilib və 1 yanvar 2015-ci ildə torpağa veriləcək. İki slavyan və üç Asiya ölkəsini (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) öz sıralarında birləşdirən bu təşkilat məhv olmaqda olan MDB-yə bir udum təmiz hava verməli, bundan başqa, Qərbi Avropanın sərhədlərindən kənarda olan ölkələr hesabına yeni siyasi-iqtisadi birliyin çərçivələrini böyütməli idi.

Mövcud olduğu 14 il ərzində Avrasiya ideyası bir əsas səbəbdən reallığa çevrilə bilmədi ki, AvrAsİB, onun mərkəzi oxu – Rusiya yaxın və uzaq qonşuları üçün cəzbedici ola biləcək güclü, sağlam bir dövlətə çevrilə bilmədi.

Sammitdə heç kim Avrasiya İqtisadi Birliyinin Avrasiya İqtisadi İttifaqına çevrilməsinin nəyə lazım olduğunu məntiqli şəkildə izah edə bilmədi. İqtisadi inteqrasiyanın məqsədi və vəzifələri eyni qalır və münasibətlərin uyğunlaşdırılması üçün ən az 10 il lazım gələcək. Amma bir sıra məqamlar göstərir ki, Putinin bu qərarı məhz Avrasiyaçılıq ideyasının uğursuzluğu və Rusiyanın iqtisadi gücünün zəifləməsi ilə əlaqədar Atlantikadan Sakit okeana qədər Avropa-Asiya məkanında liderlik ideyasını həyata keçirmək iqtidarında olmaması ilə şərtlənib. Putin birliyi ittifaqa çevirdi ki, bu da baş tutmamış format ölkələrinin yenidən ayrılması prosesinin başlanğıcı deməkdir. “Birlik” anlayışı izahlı lüğətlərdə “ortaq maraqları, məqsədləri olan insanların, xalqların, dövlətlərin “birliyi”, “ittifaq” anlayışı isə “təşkilatların, dövlətlərin hər hansı birgə məqsədlər, fəaliyyətlər üçün birləşməsi” deməkdir. Yəni “birliyin” “ittifaqa” çevrilməsi Avrasiya İqtisadi Birliyinin subyektləri arasındakı ortaq maraqların, xüsusən xarici ticarət dövriyyəsinin cəmi 7,5 faizi 15 il əvvəl yaratdığı birliyin payına düşən Rusiyanın maraqlarının itirilməsi ilə şərtlənib. AİB-in yeni formatı faktiki olaraq Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqının formatına əsaslanıb. Vaxt göstərdi ki, bu ölkələr az da olsa, müəyyən ticari münasibətlərə qadir olan yeganə ölkələrdir. Belarus Tİ tərəfdaşları ilə ticarət münasibətlərindən xüsusilə asılıdır, onun xarici ticarətinin 46,4 faizi bu ölkələrin payına düşür. Amma bu fəallıq da Qərbin Minskə qarşı sanksiyalar tətbiq etməsindən sonra süni şəkildə yaradılıb. Qazaxıstan da Rusiya kimi daha çox Qərb bazarlarına yönəlib və Tİ çərçivəsində xarici ticarət dövriyyəsi 18,2 faiz təşkil edir.

Ermənistanın yeni ittifaqa cəlb edilməsini yalnız Cənubi Qafqazın Putinin növbəti layihəsində iştirakını təsdiq edəcək siyasi-psixoloji təzahür kimi qiymətləndirmək olar. Baxmayaraq ki, Ermənistan bu ittifaqın dördüncü məcburi iştirakçısı oldu, bu, heç də onun çatışmayan dördüncü təkər olduğu demək deyil. Onun real iştirakı qeyri-mümkündür. 2014-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın bütün Tİ üzvləri ilə xarici ticarət dövriyyəsi 859 mln. dollar təşkil edib, bunun 831 mln. dollarlıq böyük hissəsi Rusiyanın payına düşür.

Yaranmış reallıqlar şəraitində yeni təşkilatın sonunu çox gözləməli olmayacağıq, belə ki, ittifaq Rusiya iqtisadiyyatının getdikcə zəiflədiyi, yeganə xilas yolunun əvvəlki iqtisadi böhran illərində də olduğu kimi, Qərb və inkişaf etmiş dünya ilə iqtisadi əlaqələr olduğu əlverişsiz bir vaxtda qurulub.

Vladimir Putin bunu yaxşı başa düşür. O, AAİİ-nin elan edilməsindən dərhal sonra keçirilən MDB sammitində Avropa İttifaqı və postsovet məkanı arasında genişmiqyaslı azad ticarət zonasının yaradılmasının lehinə çıxış etdi. Bu, faktiki olaraq, çağırış və Qərbin və müəyyən dərəcədə Rusiyanın da üzvü olduğu Ümumdünya Ticarət Təşkilatının şərtlərinə uyğun şəkildə əməkdaşlıq etmək zərurətinin etirafı idi.

Təsadüfi deyil ki, bunun ardınca Avropa İqtisadi Komissiyasının (AİK) sədri Viktor Xristenko Avropa İttifaqı və AİB arasında tərəfdaşlığın Atlantikadan Vladivostoka qədər azad ticarət zonası yaradılmasının zəruri şərti olduğu barədə anons verməyə tələsdi. Amma iki ittifaqın iqtisadiyyatının müqayisəolunmaz miqyaslarını nəzərə alsaq, təklif edilmiş iqtisadi zonanın başında kimin duracağını və bunun hansı birliyə aparıb çıxaracağını təxmin etmək olar.

Ana səhifəXəbərlərMinskdə Avrasiyanı dəfn etdilər