Polis martın 26-da paytaxt Magas şəhərində təşkil edilən icazəli mitinqi nəzarətdə saxlayıb
Rusiyanın İnquşetiya bölgəsində minlərlə insan qonşu Çeçenistanla mübahisəli sərhəd müqaviləsinə etiraz edib. Onlar torpaq dəyişimini qınayıblar və İnquşetiyanın başçısı Yunus-Bek Yevkurovu istefa verməyə çağırıblar, – Azadlıq Radiosunu xəbər verir.
Polis martın 26-da paytaxt Magas şəhərində təşkil edilən icazəli mitinqə nəzarət edib.
İnquşetiyada Yevkurov və Çeçenistan lideri Ramzan Kadırovun sentyabr ayında bağlı qapılar arxasında torpaqlarla bağlı müqavilə imzaladıqdan sonra böyük etiraz aksiyaları keçirilib.
Yeni mitinq Yevkurov üzərində təzyiqləri artırıb.
Müqaviləyə qarşı olan inquşları sakitləşdirmək üçün Yevkurov 20 mart tarixində regional sərhədin dəyişikliyinə dair referendum keçirilməsini ləğv etmək üçün təklif olunan qanun layihəsini geri çəkib.
Yevkurov deyib ki, o qanun layihəsini tayfa şuralarının, ağsaqqalların və millət vəkillərinin onu qanun layihəsini dəyişikliklər üçün geri göndərməyə çağırmasından sonra geri çəkib.
Yevkurov və Kadırovun sözlərinə görə, müqavilə hər iki respublikanın parlamentləri tərəfindən təsdiq edilib. İnquşetiyada etirazçılar isə qeyd edirlər ki, bu müqaviləylə ölkənin böyük bir hissəsi ədalətsiz şəkildə Çeçenistana verilir.
Etirazçılar Yevkurovun istefasını və müqavilə üzrə ictimai referendum keçirilməsini tələb edirlər.
30 oktyabr 2018-ci il tarixində İnquşetiya Konstitusiya Məhkəməsi qərar qəbul edib ki, müqavilə qeyri-qanunidir, çünki “o, İnquşetiya Respublikasının ərazisini dəyişir” və bu, elə bir dəyişiklikdir ki, bunun üçün referendum təsdiqi icbaridir. Lakin Yevkurov bu məsələni müqavilənin təsdiqi üçün Moskvadakı Federal Konstitusiya Məhkəməsini götürmüşdü və məhkəmə müqaviləni ötən dekabr ayında təsdiqləmişdi.
Bu məsələ bir sıra etnik qruplara ev sahibliyi edən Rusiya Federativ Respublikasında regional münaqişənin mümkünlüyü ilə bağlı narahatlıqları artırıb. Bu narazılıq həmçinin Kremlin dəstəklədiyi Kadırovun güc və təsirini artırıb. Kadırov 2007-ci ildə Prezident Vladimir Putin tərəfindən Çeçenistanın rəhbərliyinə təyin edilib.
O, publik şəkildə İnquşetiyadakı etiraz aksiyalarını təhdid edib. Oktyabrda Kadırov silahlı adamlarla etiraz mitinqlərinin lideriylə görüşmək üçün İnquşetiyaya səfər etmişdi. Görüş insidentsiz başa çatmışdı.
İnquşetiya və Çeçenistan Sovet dövründə eyni administrativ regionun parçası olub, lakin 1991- ci ildə Sovet Birliyi dağıldıqdan sonra onlar parçalanıb. Bu məsələ İnquşetiyada torpaq itirilməsi baxımdan böyük narahatlıqlar doğurur. 1992-ci ildə İnquşetiya Şimali Osetiyayla münaqişə zəminində mübahisəli Priqorodny torpağını itirmişdi. Bu münaqişə zamanı çoxu İnquş olmaqla 600-ə yaxın insan həlak olmuşdu.