Minik avtomobili istehsalı 75 faiz azalıb

Traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 141 ədəd minik avtomobili istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% azalma deməkdir.

Bu il oktyabrın 1-nə 165 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 386 ədəd, traktor istehsalı 709 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 54,4%, traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb.

Maşın və avadanlığın, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 190,9 mln. manatlıq məhsul istehsal edilib.

Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Ana səhifəXəbərlərMinik avtomobili istehsalı 75 faiz azalıb