“Kompüter Zavodundan şəhərciyə gedən istiqamətdə çəkilən kabellər kəsilərək, oğurlanıb”
Mingəçevirdə yerləşən məcburi köçkünlər şəhərciyinin sakinləri yanvarın 2-dən telekanalları izləyə bilmirlər. Səbəb ərazidə yayımlanan ANTV kabel televiziyasında problemlərin yaranmasıdır.
“ANTV kabel” şirkətindən Meydan TV-yə bildiriblər ki, yayım şəhərciyə gələn kabellərin kəsilməsi ucbatından dayandırılıb: “Kompüter Zavodundan şəhərciyə gedən istiqamətdə çəkilən kabellər kəsilərək, oğurlanıb. Buna görə də yenidən yayım xətti çəkilməlidir. Ümid edirik ki, yanvarın 5-də yayımı bərpa edə biləcəyik”.
ANTV-dən onu da deyiblər ki, hələlik kabellərin kimlər tərəfindən oğurlanması məlum deyil.