18.40.
"Müseyib Ələsgərov idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Həmin vaxt onun üzərində olan qumbara partlamış və o ölüb".
Bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin
məlumat
ında deyilir.
Bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov qaçarkən saxlanılıb:
"Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.".
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanıldığı qeyd olunub.
***
Museyib Ələsgərovun axtarışda olduğu deyilir
İyulun 27-də, axşam saatlarında Səbail rayonu ərazisindəki “Maşın bazarı”nın yaxınlığında bir nəfər şəxsin özünü qumbara ilə partlatdığı deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Həmin şəxs 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Museyib Ələsgərovdur.
Onun axtarışda olduğu deyilir. Hadisə zamanı 3 polis əməkdaşının da xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.