Milli Şuranın üzvü təzyiqlərlə üzləşdiyini deyir

Mən Konstitusiyanın 32, Cinayət Məcəlləsinin 155 və 156-cı maddələrinin pozulması ilə bağlı iddia qaldıracam.

Source: Foto: arxiv


“Mən “Bakcell” şirkətini, Realtv-ni və DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsini ittiham edirəm”

Demokratik Qüvvələrin Milli Şurasının funksioneri, hüquqşünas Vidadi Mirkamal bir neçə gündür müxtəlif formada təzyiqlərlə üzləşsiyini deyir.

Vidadi Mirkamal təzyiqlərdə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə bağlı media orqanlarını və Real TV-ni suçlayır.

Bu barədə Meydan TV-yə danışan Vidadi Mirkamal hazırda vəkilləri ilə məsləhətləşmələr apardığını və Baş Prokurorluğa, Milli Televiziya və Radio Şurasına, Səbail Rayon Məhkəməsinə müraciət edəcəyini bildirib:

“Mən Konstitusiyanın 32, Cinayət Məcəlləsinin 155 və 156-cı maddələrinin pozulması ilə bağlı iddia qaldıracam. Söhbət telefon danışıqlarımın dinlənilməsindən gedir. Mən “Bakcell” şirkətini, Realtv-ni və DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsini ittiham edirəm. Biz məsələni hüquqi müstəvidə qaldırırıq, məhkəmənin qərarı olmadan niyə telefon danışıqlarımızı dinləyirlər? Real TV niyə telefon danışıqlarını efirdə yayır? Bu suallara cavab verilməlidir”.

Vidadi Mirkamal deyib ki, ona təzyiqlər əvvəlcə söhbət və vədlər formasında, sonra hədə-qorxu və sonunda konkret tədbirlər formasında aparılıb.

Ana səhifəSiyasətMilli Şuranın üzvü təzyiqlərlə üzləşdiyini deyir