İcra Hakimiyyəti mitinqin mayın 30-da keçirilməsini istəyir
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 31-ə təyin etdiyi mitinqlə bağlı müraciətə mənfi cavab verib. BŞİH-in cavabında bildirilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.