Milli Şuranın aksiyasında təxribatlar baş tutmayıb

Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər

Source:


Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər

Milli Şuranın mayın 30-da “Xilas olaq” şüarı altında planlaşdırdığı aksiyaya bir neçə saat qalmış təxribatlar aşkarlanıb. Meydan TV-nin əməkdaşının aksiyanın keçirildiyi “Məhsul” stadionundan verdiyi məlumata görə polislər səyyar qəzet satanları stadiona buraxmaq istəməyiblər. Ancaq təşkilatçılar və jurnalistlərin müdaxiləsindən sonra maneələr aradan qalxıb. Başqa bir olay isə öncəki aksiyalarda tribunanın önündə asılan “Talana Son” şüarı polis tərəfindən cırılıb. Ona görə təşkilatçılar tribunanın önündən “Siyasi Məhbuslara Azadlıq” şüarını asıblar.

Nəhayət, növbəti müəmmalı hadisə təşkilatçıların meydana daxil olarkən üzləşdiyi mənzərə olub. Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Onlar butulkaları təmizləyiblər. Ancaq butulkaları hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir.

Ana səhifəXəbərlərMilli Şuranın aksiyasında təxribatlar baş tutmayıb