Milli Şura yenə mitinq keçirməyi planlaşdırır

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) martın 2-nə növbəti etiraz aksiyası təyin edib. Mitinqin şənbə günü saat 15:00-dan 17:00-a qədər "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulur.

AXCP lideri Əli Kərimli bildirib ki, aksiyanın şüarları əvvəlki aksiyaların şüarları olaraq qalır: siyasi məhbuslara azadlıq, kənara çıxaırlmış vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit probleminin dövlət hesabına silinməsi və s.

Yanvarın 19-da DQMŞ son 6 il ərzində ən kütləvi mitinqini keçirib.

Bundan sonra müxalifətin yanvarın 26-na və fevralın 23-nə təyin edilmiş mitinqlərinə hakimiyyət icazə verməyib. Bakı şəhər administrasiyası bunu "vətəndaşların və təşkilatların" 19 yanvar aksiyası zamanı ictimai asayişin pozulması ilə əlaqədar mitinqlərə icazə verməmək barədə müraciətləri ilə əsaslandırıb.

Ancaq paytaxt polisi 19 yanvar aksiyasından dərhal sonra mitinq zamanı ictimai asayişin pozulması hallarının qeydə alınmadığını bəyan edib (Turan.az).

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p3ghjx

Ən çox baxılan