Milli Şura mitinqi yenə təxirə saldı

““Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq mitinqin mayın 16-da keçiriləcəyi təqdirdə icazə verəcəkləri ilə bağlı məlumat yayıb”

Source:


“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq mitinqin mayın 16-da keçiriləcəyi təqdirdə icazə verəcəkləri ilə bağlı məlumat yayıb

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 17-də mitinq keçirməsinə icazə verməyib. Bunu AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.

O, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin vaxtını dəyişmə hüququ olmadığını deyib:

“Bakı Şəhər İcra Hakimiyyətinin, sadəcə olaraq mitinqə razılıq verib-verməmək haqqı var. Qurum bizim təyin etdiyimiz vaxta razılıq verilməyib. Əksinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq mitinqin mayın 16-da keçiriləcəyi təqdirdə icazə verəcəkləri ilə bağlı məlumat yayıblar. Bakı Şəhər İcra Hakimiyyəti bu cür dolayı yol ilə icazə verməkdən imtina edib. Faktiki olaraq mayın 17-də mitinq keçirməklə bağlı müraciətimizə razılıq verilməyib. Biz mayın 17-də mitinq keçirmək üçün hazırlaşmışdıq. Çox güman ki, mayın 16-da mitinq keçirilməyəcək”.

Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla mayın 16-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.

Ana səhifəXəbərlərMilli Şura mitinqi yenə təxirə saldı