Milli Şura mayın 30-da mitinq keçirəcək

Əli Kərimli: “Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur”

Source:


Əli Kərimli: “Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur”

Milli Şuranın qərarını Facebook səhifəsində AXCP sədri Əli Kərimli paylaşıb. Əli Kərimli bildirib ki, Milli Şuranın növbəti mitinqi 30 may, saat 15-də “Məhsul” stadionunda keçiriləcək: “Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur, sadəcə yazıb tənqid etmək kifayət etmir. İndi o zamandır. Səsimizi qaldırıb, “Bu xalqla bu qədər saymazyana, acımasız davrana bilməzsiniz” demək zamanıdır”.

Əli Kərimli aksiyanın şüarlarını də səhifəsinə yerləşdirib: “Yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına; Əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına; Büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa; Manatın devalvasiyasının bütün ağır nəticələrinin sadə xalqın çiyninə qoyulmasına; Dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına; Korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa; Əsgər ölümlərinə; Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına; Siyasi məhbusların azad edilməməsinə etiraz etmək üçün, xalqımıza azadlıq, ədalət və hüquq tələb etmək üçün meydanda olacağıq. Siz də gəlin! Meydanlara çıxmaq, şərə etiraz etmək zamanıdır. Bədbəxtliyin hər birimizin qapısını şəxsən döyməsini gözləyə bilmərik!”.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 31 may mitinq keçirmək barədə məktubuna 30 mayı təklif etsə də, şura etiraz edərək tədbiri keçirməyəcəyini bəyan etmişdi. Mayın 26-da qurum qərarını dəyişdi.

Ana səhifəXəbərlərMilli Şura mayın 30-da mitinq keçirəcək