Milli Şura iqtidar-müxalifət görüşünü “siyasi şou” adlandırdı

“Bir iqtidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri “hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz”

Source:


“Bir iqtidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri “hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz”

Milli Şuranın Koordinasiya Mərkəzi (MŞ KM) fevralın 16-da keçirilən toplantıda müxalif  qüvvələrlə iqtidar arasındakı “iqtidar-müxalifət dialoqu” kimi təqdim edilən məsələyə münasibətini açıqlayıb.

KM üzvləri hadisəni dialoq yox, əslində, ölkə iqtidarının avtoritar və repressiv mahiyyətini pərdələmək adlandırıblar. KM üzvlərinə görə, bu “dialoq” siyasi və vicdan məhbuslarının sayı üzrə “dünya çempionu” olan, parlamentində bir nəfər müxalifətçi olmayan, demokratik təsisat və prinsipləri məhv etməyi prioritetə çevirən hakimiyyətin beynəlxalq birliyə yönələn demokratiya imitasiyasına xidmət edən siyasi şoudur.

KM üzvləri bu “şou”da iştirak edən siyasi partiyaların böyük əksəriyyətinin bugünədək fəaliyyətlərinin nəzərə çarpmadığına, onların adlarının belə ölkə cəmiyyətinə heç nə demədiyinə iddia edirlər. ““Dialoq” imitasiyası başlanandan ölkədə insan hüquqlarının vəziyyəti daha da pisləşib, yeni həbslər həyata keçirilib, həbsdəki siyasi məhbuslara saxta hökmlər elan edilib, yeni və uydurma ittihamlar irəli sürülüb. Lakin bütün bunlar “dialoq” iştirakçılarını narahat etməyib və onların bugünədək əldə etdiyi yeganə nəticə “dialoqun davam etdirilməsi haqqında razılığa gəlinməsi” olub”, – müəlliflər qeyd edirlər.

“Böyük əksəriyyətinin müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin bir iqtidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri “hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz”, – sənəddə vurğulanır.

Ana səhifəXəbərlərMilli Şura iqtidar-müxalifət görüşünü “siyasi şou” adlandırdı