Milli Observatoriya yaradılır

İlham Əliyev yeni fərman imzalayıb

Source: Shutterstock

Əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” (bundan sonra – Observatoriya) yaradılır.

Prezident İlham Əliyev iyulun 4-də bununla bağlı fərman

imzalayıb

.

Fərmana əsasən Observatoriya iki ay müddətində yaradılmalı və bu barədə Prezidentə məlumat verilməlidir.

Bundan başqa, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay müddətinə hazırlanıb təqdim olunmalıdır.

Ana səhifəXəbərlərMilli Observatoriya yaradılır