Milli Məslis prezidentin təklifini qəbul etdi

Qanun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib

Source:


Qanun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib

Milli Məclisdə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi səsə qoyulub.

“APA-Economics”in məlumatına görə, prezidentin təklifi qəbul edilib.

2016-cı il fevralın 3-də Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarıb.

Milli Məclisin sədri prezident İlham Əliyevin geri qaytardığı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunu parlamentin daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Ana səhifəXəbərlərMilli Məslis prezidentin təklifini qəbul etdi