Zahid Oruc: Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub
Avropa Birliyinin
Gürcüstan
və
Ukrayna
vətəndaşları üçün vizaların ləğv etməsi Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub.
Parlamentin 7 aprel toplantısında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.
Bu tələbi deputat Zahid Oruc gündəmə gətirib.
O, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır.
Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.