Noyabrın 17-də Meydan hərəkatı fəallarının təşkilatçılığı ilə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Milli Dirçəliş Günü qeyd olunub. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirin aparıcılığını Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı və Nemət Pənahlı ediblər.
Tədbirdə iştirak edən siyasi partiya rəhbərləri, içtimai fəallar və xarici qonaqlar çıxış edib, öz fikirlərini bildiriblər.
Çıxışlar bitdikdən Sonra “Savalan” qrupunun ifası ilə bayram tədbiri sona çatıb.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 18 Noyabr 2016 16:50