Milli büdcə aviaşirkəti yaradılır

“AZAL-ın tərkibinə daxil olan törəmə şirkət olacaq”

Source:


“AZAL-ın tərkibinə daxil olan törəmə şirkət olacaq”

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.

“Turan” yazır ki, BUTA AIRWAYS adlandırılan yeni büdcə aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan törəmə şirkəti olacaq, deyə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

BUTA AIRWAYS aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq, deyə məlumatda bildirilir.

“Mülki aviasiya biznesinin çox mürəkkəb və spesifik olması nəzərə alınaraq, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. BUTA AIRWAYS aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir”, – deyə AZAL məlumat verir.

Aviabiletlərin qiymətinin aşağı salınması üzrə genişmiqyaslı işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Bu ilin martından etibarən AZALJET brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.

Hazırda AZALJET-in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabət qabiliyyətli qiymətlərdən biridir.

Ana səhifəXəbərlərMilli büdcə aviaşirkəti yaradılır