Məzahir Pənahov: 25 partiya seçkilərdə iştirak edəcək

x

“İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır”

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində ilk dəfə 26 siyasi partiyanın 25-i parlament seçkilərində iştirak edəcək.

Bu barədə iyulun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb:

“İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır”.

Onun sözlərinə görə, seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər:

Bunlardan 34-ü daimi seçki məntəqəsi olacaq”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar. Həmçinin, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP lideri Etibar Məmmədov seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətMəzahir Pənahov: 25 partiya seçkilərdə iştirak edəcək