Meydan TV ”Azad media” mükafatı aldı

Mükafat qurumun əməkdaşına təqdim edilib

Source:
Meydan TV əməkdaşına mükafat təqdim olunan zaman
Meydan TV əməkdaşına mükafat təqdim olunan zaman


Mükafat qurumun əməkdaşına təqdim edilib

Oktyabrın 9 və 10-da Ukraynanın paytaxtı Kiyevdə baş tutan tədbirdə müxtəlif ölkələrdən olan jurnalistlər, hüquq müdafiəçiləri, QHT təmsilçiləri və media rəhbərləri iştirak edib.

Tədbirdə Meydan TV-ni təmsil edən jurnalist Orxan Məmməd Azərbaycanda medianın vəziyyətindən və Meydan TV-nin çətin şəraitdə fəaliyyət göstərməsindən danışıb.

Meydan TV təmsilçisi ilə eyni paneldə Ukraynanın “Hromadske” Televiziyasının redaktoru Angelina Karaikina və Ukraynanın parlament üzvü, deputat Sergey Leşenko çıxış edib. Müzakirə zamanı müharibə şəraitində olan hərə iki ölkədə medianın vəziyyəti müzakirə olunub. Ukraynalı deputat Sergey Leşenko bildirib ki, 2017-ci ildə Azərbaycanda mediaya belə təzyiqlərin olması üzücü və yolverilməzdir. Tədbirdə həmçinin Meydan TV ilə “Hromadske” TV arasında əməkdaşlıqdan söz edilib. Baş redaktor Angelina Karaikina deyib:

“Meydan TV ilə qarşılıqlı layihəmiz izləyicilər tərəfindən xoş qarşılanır. Rusdilli auditoriya üçün nəzərdə tutulmuş bu layihədə hər iki ölkənin müxtəlif mədəni və siyasi problemlərini işıqlandırırıq”.

Norveçin “Fritt Ord” Fondu və Almaniyanın “Zeit-Stiftung” təşkilatının birgə təsis etdiyi “Azad media” mükafatı hər il Post Sovet ölkələrindən olan jurnalist və media qurumlarına verilir. Mükafatın builki qalibləri Azərbaycandan Meydan TV, Rusiyadan olan karikaturaçı Sergey Elkin, Krımda fəaliyyət göstərən Azadlıq Radiosunun jurnalisti Anton Naumlyuk, Ermənistandan hökumətin sərt tənqidçisi kimi tanınan jurnalist Zaruhi Meylumyan olub.

Ana səhifəXəbərlərMeydan TV ”Azad media” mükafatı aldı