MeyArt: Kitabların üzərindən 18% ƏDV götürülüb?

Həyatını kitablarla iç-içə keçirən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın nüfuzlu mükafatlarından olan “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.

Amma Azərbaycanda isə naşirin durumu fərqlidir. Vergi Məcəlləsinə olunan dəyişikliyə görə kitabların idxalı və satışı əlavə dəyər vergisindən azad olunub. Qərar yanvarın 1-i 2022-ci il tarixdən qüvvəyə minsə də icra olunmur. Şahbaz Xuduoğlu deyir ki, Nazirlər Kabineti əlavə təlimat hazırlamadığına görə onlar hələ də 18% əlavə dəyər vergisindən azad deyil. Ancaq Heydər Əliyev fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzindən bizə bildirilib ki, onlar qanun qüvvəyə minəndən bu vergidən azaddırlar.

Bu həftə kino adamlarını sevindirən bir xəbər yayımlandı.

Ölkə başçısı İlham Əliyev Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Məqsəd milli kinonun beynəlxalq rəqabətə davamlılığının təmin etmək, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirməkdir.

31 ukraynalı sənətçi, jurnalist və mədəniyyət işçilərinin Rusiyaya girişinin 50 il müddətinə qadağan olunduğu bildirilir.

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibədən sonra bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Amerikalı aktyor Alek Baldwin rol aldığı yeni filmin çəkilişləri zamanı atışma səhnəsində təsadüfən operator Halina Hatçinsi odlu silahla vurub. Operator həyatını itirib. Buna görə Nyu-Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri bürosu “Rust Movie Productions” şirkətini 136 min 793 dollar məbləğində cərimə edib. Qurum bildirib ki, kinostudiya işçilərin təhlükəsizliyini təmin etməyib. Həmçinin aktyorun günahsız olduğu qənaətinə gəlib.

Ana səhifəVideoMeyArt: Kitabların üzərindən 18% ƏDV götürülüb?