Metropolitenin qarşısında aksiya keçirilir (yenilənir)

Hazırda Bakı Metropoliten idarəsinin qarşısında aksiya keçirilir. Aksiyanın metropolitenin müxtəlif stansiyalarında ticarət köşkləri olan vətəndaşlar təşkil edir. Onlar metropolitenin yeni rəisi Zaur Həsənovun stansiyalardan ticarət köşklərinin götürülməsi ilə bağlı daxili əmrinə etiraz edirlər. Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə polis idarəni mühasirəyə alıb və şikayətçiləri idarəyə yaxın buraxmır.


Yeni məlumat, fotolar, video gəldikcə əlavə olunacaq. Səhifəni mütəmadi yeniləyin

Ana səhifəVideoMetropolitenin qarşısında aksiya keçirilir (yenilənir)