Metroda ticarət obyektləri bağlanacaq


Satıcılarla 1, 3 və 6 aylıq müqavilələr bağlanacaq

Bakı Metropoliten İdarəsinin qarşısında keçirilən aksiya başa çatıb. Bir saatdan çox davam edən aksiya zamanı məlum olub ki, idarənin yeni rəisi Zaur Həsənov stansiyalarda olan ticarət obyektlərinin bağlanması qərarında qətidir. Ticarət obyektlərinin yığışdırılması göstərişi isə “Koroğlu” stansiyasından həyata keçiriləcək. Etirazçıları narahat edən isə bu gün saat 18:00-da bütün ticarət obyeklerinin sökülməsinə start verilməsi xəbəridir. Təxminən 500 etirazçı Bakı Metropoliteni Baş İdarəsinin qarşısında tələblərini səsləndiriblər. Etirazçılar əsasən yeni rəisin onların çörəklərinə dəyməsinə etiraz edirdilər. Etiraz edənlərdən biri Meydan TV-yə deyib ki, təkcə “Koroğlu” stansiyasında 200 ticarət obyekti var və bunlardan təxminən 1200-1500 insan çörək pulu qazanır. Banklara borcları olan etirazçılar mağazalarındakı malları satdıqdan və banka olan borclarının ödənilməsində sonra dükanlardan çıxırılmasını istəyirlər. Onlar ticarət obyeklərini aldıqlarını və hər obyektə 150-500 arasında aylıq pul ödədiklərini bildirirlər. Aksiyanın qarşısını almaq üçün paytaxtın müxtəlif rayonlarının polis əməkdaşları və 15 patrul maşını hadisə yerində olub. Etiraz edənlərdən 3 nəfər saxlanılıb.

Son məlumata görə, etirazçıları metropoliten rəsmiləri qəbul edib. Satıcılara 1, 3 və 6 aylıq müqavilələrin bağlanacağını və müqavilələrdə onların mallarını satıb qurtarmaq əsas şərt kimi qoyulacaq.

Müxbirimiz metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ilə əlaqə saxlayıb. Nəzakət xanım bildirib ki, keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edilib və həmin qərar bir qədər sonra açıqlanacaq.

Ana səhifəVideoMetroda ticarət obyektləri bağlanacaq