Sahibkarlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklər.
Martın 19-da səhər saatlarında metronun “Neftçilər” stansiyasının keçidlərində ticarətlə məşğul olan satıcılar aksiya keçirib. Aksiyaçıların dediklərinə görə, Bakı Metropoliteninin rəhbərliyi ticarət köşklərinin sahiblərinə 200 manat verərək aksiyanı dayandırmağa müvəffəq olub. Köşk sahibləri isə hər ay 1000-1300 manat icarə haqqı verdikləri deyib. Satıcıların əksəriyyəti verilən məbləğdən narazı qalsa da, jurnalistlərə danışmaqdan çəkiniblər. Onlar polisdən qorxduqlarını gizlətməyiblər.
Aksiyaçıların bir qismi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmək üçün ərazidən uzaqlaşıblar.