Metro sahibkarlardan təmizləndi

Martın 17-də günü sonuna qədər Bakı Metropoliteninin bütün stansiyalarında ticarət obyektləri tamam yığışdırılacaq. Artıq saat 12-ə olan məlumata görə, metronun 21 stansiyasından 19-da artıq ticarət obyektləri yığışdırılıb.

Metroda çalışan sahibkarlara “Amay”, “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunub. Onlar 3 ay ərzində dövlət rüsumundan azad olunacaqlar.

Bəzi metro keçidlərində köşklər sökülərkən ordan alış-veriş etmək istəyən vətəndaşlara polis imkan vermir. Bu da mallarını dəyər-dəyməzinə belə satmaq istəyən satıcıların, eləcə də alıcıların narazılıöına səbəb olur.

Ana səhifəVideoMetro sahibkarlardan təmizləndi