Metro-Park müxalifətçi əməkdaşlarından imtina etdi

Cəmil Həsənlinin şəkli ilə görüntülənən gənc musiqiçi işdən çıxarıldı

Source:


Cəmil Həsənlinin şəkli ilə görüntülənən gənc musiqiçi işdən çıxarıldı

Meydan.TV xəbər verir ki, Metro-Park ticarət mərkəzi müxalifyönümlü əməkdaşlarından imtina edir. Bu günlərdə Cəmil Həsənlinin şəklini profilində paylaşan gənc musiqiçi Şəbnəm Abdullazadə saytımıza bildirib ki, 2012-ci ildən əməkdaşlıq etdiyi ticarət mərkəzinin rəhbərliyi onunla işbirliyini bitirib.

2012-ci ildən özünün İMPROTRİO musiqiçilər qrupu ilə sözügedən ticarət mərkəzinin tədbirlərində ifa edən gənc musiqiçi bu günlərdə sosial şəbəkələrdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləməyə çağırışlar edib, onun şəkillərini paylaşıb.

Bundan xəbər tutan rəhbərlik Şəbnəmə zəng edərək, onunla işbirliyinə son qoyduqlarını, səbəbinin də gənc musiqiçinin Cəmil Həsənliyə dəstək çağırışları etməsinin olduğunu deyiblər. Qeyd edək ki, Şəbnəmlə birlikdə bütün qrupla da olan əməkdaşlığa son qoyulub.

Ana səhifəXəbərlərMetro-Park müxalifətçi əməkdaşlarından imtina etdi