Mətanət Əzizovanın evində axtarış baş tutmadı (VİDEO)


İstintaq Qrupunun üzvlər Mətanət Əzizovanın mənzilinə buraxılmayıb

Mayın 3-də Respublika Prokurorluğunun rəsmiləri “Qadın Krizis Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın mənzilində axtarış aparmaq istəyib.

Vəkil Samirə Ağayeva Meydan TV-yə bildirib ki, ona saat 13.30-da istintaq qrupunun rəhbəri İbrahim Ləmbəranski zəng edərək axtarışa getdiklərini deyib: “Amma Mətanət xanımın evdə olmadığını söylədi. Mən təcili Mətanət Əzizovanın yaşadığı Qara Qarayev 32 ünvanına gələndə ərazidə prokurorluq və polis işçilərini gördüm.

Mətanət Əzizova mənzilində deyildi. Mən axtarış üçün məhkəmə qərarı ilə tanış olmaq istədiyimi bildirdim. Onlar dedilər ki, bu, yalnız axtarış zamanı mümkündür. Biz də axtarışın qanunsuz olduğunu deyib onları evə buraxmadıq. İstintaq Qrupunun üzvləri mənimlə birgə evə daxil olmaq istəsələr də, belə bir səlahiyyətimin olmadığını dedim. Hazırda Mətanət xanımın azyaşlı oğlu evdədir. İkinci narahatlığımız odur ki, Mətanat Əzizovanın telefonlarına zəng çatmır”.

Ana səhifəVideoMətanət Əzizovanın evində axtarış baş tutmadı (VİDEO)