Məşhur rejissor vəfat etdi

Eldar Ryazanov ölümündən bir gün əvvəl ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi

Source:


Eldar Ryazanov ölümündən bir gün əvvəl ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi

Məşhur rejissor Eldar Ryazanov noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Bu barədə məlumatı lenta.ru yayıb.

Eldar Ryazanov ölümündən bir gün əvvəl ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub.

Eldar Ryazanov “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfərlik vağzal”, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “Uğur ziqzaqı”, “Qoca quldurlar” və başqa filmləri ilə yadda qalıb.

Ana səhifəXəbərlərMəşhur rejissor vəfat etdi