Mertodakı dükan sahibləri PA-nın qarşısında aksiya ediblər

Metropoliten rəhbərliyinin stansiyalardakı dükanları bağlamaq haqda qəti qərarına etiraz edən obyekt sahibləri Prezident Aparatının qarşısında toplaşıb.

Source:


Metropoliten rəhbərliyinin stansiyalardakı dükanları bağlamaq haqda qəti qərarına etiraz edən obyekt sahibləri Prezident Aparatının qarşısında toplaşıb.

Meydan TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, martın 14-də səhər saat 11 radələrində “İçərişəhər” metro stansiyasının qarşısında toplaşan etirazçılar Prezident Aparatına doğru gediblər. Təxminən 100-ə yaxın etirazçıdan üç nəfər nümayəndə qurumda qəbul olunub. Onlara bildirilib ki, şıkayətlərini Bakı şəhər İcra Hakimiyyətinə bildirsinlər. Saat 11.30 radələrində aksiyaçılar PA-dan İH-nə doğru yollanıblar.

Metropoliten yeni rəhbərliyi bəyan edib ki, stansiyalardakı düşak və piştaxtaların yığışdırılması haqda qərarı qətidir və Novruz bayramından sonra bu prosesə start veriləcək.

Ana səhifəXəbərlərMertodakı dükan sahibləri PA-nın qarşısında aksiya ediblər