Mərkəzi Bankın valyuta ehtiyatı azalıb

Ötın ayın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3 milyard 974.4 milyon dollar təşkil edib

Source:


Ötın ayın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3 milyard 974.4 milyon dollar təşkil edib

“Marja”-nın məlumatına görə, öncə Mərkəzi Bank ehtiyatların 4 milyard 5,5 milyon dollara düşdüyünü açıqlasa da, sonradan rəqəmə düzəliş edilib.

Ötən ilin noyabrında Mərkəzi Bankın 4 milyard 11 milyon dollar ehtiyatı olsa da, dekabrda rəsmi valyuta ehtiyatı 36,6 milyon dollar azalıb.

“Marja” Mərkəzi Bankın yanvar ayında keçirilmiş hərracına valyuta müdaxiləsi edildiyini yazır. Əgər bu, baş veribsə, yanvar ayının sonuna ehtiyatlar bir qədər də azala bilər.

Azalmanı öz “Facebook” səhifəsində şərh edən iqtisadçı Samir Əliyev xatırladıb ki, Mərkəzi Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub:

Samir Əliyev foto sosial şəbəkə

“Ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb. Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq”.

Ana səhifəXəbərlərMərkəzi Bankın valyuta ehtiyatı azalıb