Mərkəzi Bankın dollarla bağlı növbəti açıqlaması

“Manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər

Source:

“Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi Avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər”. Bunu “manatın ucuzlaşmasına hansı faktorlar təsir edir” sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.

Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında Avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: “Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olub. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadır. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meyilləri nəzərə alır.

Ana səhifəXəbərlərMərkəzi Bankın dollarla bağlı növbəti açıqlaması