”Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı deyil”

İqtisadçı Mərkəzi Bankın proqnozları ilə razılaşmır

Source:


İqtisadçı Mərkəzi Bankın proqnozları ilə razılaşmır

“Azərbaycan Mərkəzi Bankı nağdsız ödənişlərin genişləndirilməsi işlərini davam etdirəcək”.

Mərkəzi Bankın yaydığı bəyanatda belə

deyilir

.

Bildirilir ki, ortamüddətli dövrdə bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək kreditlər probleminin həlli əsas məsələlərdir. Bu istiqamətdə işlər davam etdiriləcək.

Mərkəz Bank bəyan edib ki, balanslaşdırılmış pul siyasətindən qaynaqlanan makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün lazımlı dəstəyi təmin edəcək. Hökumətlə birgə pul siyasətinin strateji və əməliyyat çərçivəsini yaxşılaşdırmaq üçün birmənalı inflyasiya təmin etmək üçün tədbirlər görəcək:

“Bu məqsədlə gələn il orta müddətdə makroiqtisadi və maliyyə sabitliyi üçün platformanın yaradılmasını təmin edəcək radikal islahatlar həyata keçiriləcək”.

Mərkəz Bankı gələn il də konservativ pul siyasətini davam etdirəcəyini qeyd edib. Eyni zamanda, inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

Mərkəzi Bank qeyd edir ki, bu, adekvat monetar vəziyyətin formalaşmasını təmin edəcək.

Bəyanatda həmçinin qeyd edilib ki, dollara nisbətdə manatın orta məzənnəsi 1 dollar üçün 1,72 manat səviyyəsində proqnozlaşdırılır:

Mərkəz Bank inflyasiyanın 6-8 faiz səviyyəsində qalmasına çalışacağını bildirib.

2017-ci ildə ölkədə inflyasiya 14 faiz təşkil edib.

Mərkəzi Bankın bəyanatını Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, konservativ pul siyasəti deyəndə, həftəlik yox, aylıq hərracların keçiriləcəyi nəzərdə tutulur:

“Hərraclar vasitəsilə də artıq pulu banklardan yığmağa çalışacaqlar ki, manat kütləsi dövriyyədə çox olmasın. Çünki manatın dövriyyədə çox olması xarici valyutaya qarşı onu sürətləndirə bilər ki, bu, məzənnəyə təzyiq yaradır. Mərkəzi Bank 2 il yarımdır bu siyasəti yürüdür. Nəticədə Azərbaycan iqtisadiyyatında daralma baş verir. Bir tərəfdən yerli valyutaya olan basqılar azalır, digər tərəfdən ölkə iqtisadiyyatı manatsız qalır və iqtisadiyyat pulsuzlaşır. Mərkəzi Bank düşünür ki, bu siyasət uğurludur, çünki onun vasitəsilə manatı dollar qarşısında sabit saxlamaq olur”.

Natiq Cəfərli

Natiq Cəfərli inflyasiyanın 6-8 faiz səviyyəsində qalacağına inanmır:

“Bu il rəsmi inflyasiya 14 faiz oldu, ona görə birrəqəmli inflyasiyanın olacağı çətindir, çünki qiymət artımları da müşahidə olunacaq. İlin sonunda aksiz markaların qaldırılması barədə qərar verildi. İkinci, avtomobillərin aksiz vergiləri artırılır, beləliklə, bir çox sahədə, qiymət artımı qaçılmazdır və bu, inflyasiyanı birrəqəmli saxlamağa imkan verməyəcək. Ən maraqlı detal Mərkəzi Bankın manatın möhkəmlənməsi riskindən danışmasıdır. Belə məlum olur ki, bank manatın möhkəmlənməsində maraqlı deyil. Bank demək istəyir ki, neftin qiyməti 65-66 dollar qalsa belə, manatın möhkəmlənməsinə imkan verilməyəcək, səbəb manatın möhkəmlənməsinin iqtyisadiyyata təhlükə kimi görmələridir”.

Ana səhifəXəbərlər”Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı deyil”