Mərkəzi Bank daha bir banka qadağa qoydu

“Yunayted Kredit Bank” əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib

Source:


“Yunayted Kredit Bank” əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib

Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla yanaşı, kredit təşkilatından qadağanın səbəbi barədə açıqlama verilməyib. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.

Bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

Ana səhifəXəbərlərMərkəzi Bank daha bir banka qadağa qoydu