Merkel Navalnını ziyarət edib

“Almaniya hələ də Rusiyadan bu məsələ ilə bağlı açıqlama gözləyir”, – Zaybert əlavə edib.

Source: Specify Source


“Almaniya hələ də Rusiyadan bu məsələ ilə bağlı açıqlama gözləyir”

Almaniyanın Baş naziri Angela Merkel zəhərlənmə səbəbilə Berlin xəstəxanasında müalicə alan Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnını ziyarət edib.

“Reuters” xəbər verir ki, ikili arasında görüş alman, fransız və isveçli mütəxəssislər tərəfindən Navalnının Rusiyada keçən ay “Noviçok” adlı sinir maddəsi ilə zəhərləndiyinə dair tapılan dəlilləri rədd edən Moskvanı narahat edəcək. Rusiya dəfələrlə Almaniyanı dəlilləri paylaşmamağa görə tənqid edib.

Merkelin sözcüsü Ştefen Zaybert (Steffen Seibert) mətbuat konfransında görüşün nə qədər davam etdiyinin təfərrüatları və görüşdə danışılanlar haqda açıqlama verməkdən imtina edərək, “Bu, Navalnını xəstəxanada şəxsi ziyarət idi”,- deyib.

“Almaniya hələ də Rusiyadan bu məsələ ilə bağlı açıqlama gözləyir”, – Zaybert əlavə edib.

Navalnı “Twitter”də görüş haqda “ailə ilə xüsusi görüş və söhbət” olduğunu qeyd edib.

“Xəstəxanada məni ziyarət etdiyi üçün kansler Merkelə çox minnətdaram”,- o deyib.

Navalnı işi Moskva ilə bir sıra Qərb ölkələri arasındakı münasibətləri daha da gərginləşdirib. Merkel Rusiya qazını Almaniyaya gətirən və demək olar ki, tamamlanmış “Şimal Axını 2” boru kəmərinin dayandırılması çağırışları ilə qarşı- qarşıyadır.

Keçən ay Rusiyadaxili təyyarədə halı pisləşən Navalnı hadisədən bir neçə gün sonra Rusiyadan Berlinə göndərilib və keçən həftə “Charite” xəstəxanasından təxminən bir aylıq müalicədən sonra çıxsa da, ev şəraitində müalicələrə davam edir.

Ana səhifəDünyaMerkel Navalnını ziyarət edib