”Məntəqə sədri müşahidəçiləri həbslə hədələyir”

”Deyir, baxın ha, mən çox adam tutdurmuşam”

Source:


”Deyir, baxın ha, mən çox adam tutdurmuşam”

“Məntəqə sədri bizi bir şərtlə içəri buraxıb ki, oturduğunuz yerdən durmamalısınız”.

Bərdənin Kolayır kəndindəki 94 saylı dairənin 37 saylı məntəqəsində olan müşahidəçilər belə yazır. Bildirirlər ki, məntəqə sədri onları həbslə hədələyir:

“Normal müşahidə aparmağımıza imkan verməməsi azmış kimi hələ bir həbslə də hədələyir. Deyir, baxın ha, mən çox adam tutdurmuşam, sizi də onların yanına göndərərəm. Yaxşısı budur məntəqəni öz xoşunuzla tərk edin. Ya da adam kimi müşahidə aparın. Oturun-oturduğunuz yerdə. Elə bil məktəbliyik, bizi yerimizdə otuzdurur, utanmasa” əllərinizi də partanın üstünə qoyun” deyəcək. Belə də müşahidə aparmaq olar?”

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin məlumatına görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Ana səhifəXəbərlər”Məntəqə sədri müşahidəçiləri həbslə hədələyir”