Məntəqə sədri Meydan TV-in reportajından danışdı

“Qulağı sırğalı, saqallı oğlan seçki məntəqəsinə gəlib, özünü təqdim etmədi, sənədlərini göstərmədi, onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi”

Source:


“Qulağı sırğalı, saqallı oğlan seçki məntəqəsinə gəlib, özünü təqdim etmədi, sənədlərini göstərmədi, onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi”

15 saylı Yasamal birinci Seçki Dairəsi üzrə 12 saylı Seçki Məntəqəsinin sədri Gülmira Yusifova bu gün səhər həmin məntəqədə baş verən qalmaqalla bağlı açıqlama verib.

G.Yusifova Teleqraf.com-a bildirib ki, səhər saatlarında özünü təqdim etməyən qulağı sırğalı, saqallı oğlan seçki məntəqəsinə gəlib: “Özünü təqdim etmədi, sənədlərini göstərmədi. Onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi. Sonra biz həmin qadını tapa bilmədik. Qaçıb getmişdi. Məntəqənin girişində barmaqlara işarə vuran idman müəlliməsi Əfruz Hacıyeva özünü jurnalist adlandıran şəxsdən sənədlərini istəyib, o da verməkdən imtina edib”.

Məntəqə sədri bildirdi ki, qutuya atılan bülleten deyil, adi kağızlar olub: “Onlar adi kağız idi, yəqin ki axşam qutudan çıxarılacaq”.

Ana səhifəXəbərlərMəntəqə sədri Meydan TV-in reportajından danışdı