“Mənim hədəfim” təqdim olundu (VİDEO)

Cəmiyyətdə fiziki məhdudiyyətli insanların problemlərindən bəhs edən yeni kitab oxuculara təqdim edilib. Oktyabrın 14-ündə Bakı Caz Mərkəzində gənc yazar Samir İmanovun “Mənim hədəfim” adlı kitabının təqdimatı keçirilib. Kitab, müəllifin fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasından bəhs edən məqalələr toplusundan ibarətdir. Samir İmanovun daha əvvəlki “Hədəfdəki insan” adlı romanında da cəmiyyətin bu sosial qrupuna aid problemlərdən söhbət açılır.

Kitabını yalnız bir barmağı ilə yazan Samir İmanov deyir ki, məqsədi fiziki məhdudiyyətli insanları özünəqapanmadan qismən də olsa, xilas etməkdir.

Tədbirin təşkilatçılığını Mübariz İbrahimov adına Gənc Nəqliyyatçılar Klubu edib. Klub Samir İmanova Milli Qəhrəman Mübariz İbrahimov adına diplom da təqdim edib. Tədbirdə Samir İmanovun yaxın dostları, oxucuları, kitabın çapında ona yardım edən insanlar və ailə üzvləri iştirak edib.

Ana səhifəVideo“Mənim hədəfim” təqdim olundu (VİDEO)