“Məni hər gün qazamata sala bilərlər”(VİDEO)

Mayın 30-da günorta saatlarında Yasamal rayon polis əməkdaşları hüquq müdafiəçisi Leyla Yunusu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparmaq üçün onun evinin qarşısına toplaşıblar.

Leyla Yunus polislərin onu həbs etmək üçün yaşadığı binanın qarşısına toplaşdığını bildirib. Amma hüquq müdafiəçisi özünün və həyat yoldaşının pasportlarının qaytarılmayacağı təqdirdə idarəyə getməyəcəyini söyləyib.

Müstəntiq İbrahim Ləmbəranski isə onun istintaqa gəlməyinin daha düzgün olacağını deyib.

Eyni zamanda məlum olub ki, iyunun 2-də Leyla Yunusun həyat yoldaşı Arif Yunus da istintaqa çağırılıb. Amma o da getməkdən imtina edib.

Ana səhifəVideo“Məni hər gün qazamata sala bilərlər”(VİDEO)