Məmur oğlunun məhkəmə istintaqı yekunlaşıb

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib

Source:


Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib

Sentyabrın 14-də Binəqədi rayon Məhkəməsində general Novruzəli Orucovun xuliqanlıqda təqsirləndirilən oğlu Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur. N.Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Ana səhifəXəbərlərMəmur oğlunun məhkəmə istintaqı yekunlaşıb