Məmməd İbrahimə yenə hökm oxundu

AXCP funksioneri daha 5 ay 20 gün həbsdə qalacaq

Source:
Məmməd İbrahim məhkəmədə
Məmməd İbrahim məhkəmədə


AXCP funksioneri daha 5 ay 20 gün həbsdə qalacaq

AXCP Rəyasət Heyətinin üzvü, üç ildən çoxdur həbsdə olan Məmməd İbrahimə yanvarın 10-da yenidən hökm oxunub. Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerlərində saxlanan şəxsin qadağan olunmuş əşyalar hazırlaması, gizlətməsi, istifadə etməsi) maddəsilə təqsirli bilinərək, 5 ay 20 gün azadlıqdan məhrum edilib.

M.İbrahimin yatağındakı döşəkdən kəsici alət tapılması iddiası əsasında bu cinayət işi onun əvvəlki üç illik cəzasını başa vurub həbsdən çıxmasına iki gün qalmış başlanmışdı. Hakim həmin iki günü də əlavə edərək, M.İbrahimə qəti olaraq, 5 ay 22 günlük cəza təyin edib. Bu cəzanın çəkilmə müddəti 28 sentyabrdan hesablanacaq.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 2018-ci il sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Yasamal Rayon

Məhkəməsinin qərarıyla haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

O, ittihamı qəbul etmir və bıçağın yatağına müəssisənin əməkdaşları tərəfindən atıldığını, məqsədin isə onun həbs müddətini uzatmaq olduğunu bildirir.

Ana səhifəXəbərlərMəmməd İbrahimə yenə hökm oxundu