Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb

AXCP sədrinin müşaviri Bakı İstintaq Təcridxanasına köçürülüb

Source:

Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


AXCP sədrinin müşaviri Bakı İstintaq Təcridxanasına köçürülüb

Üç illik həbs cəzası başa çatdığı gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə onun oğlu Turan İbrahim bildirib.

Oğlu deyir ki, 2 gün əvvəl guya yastığının altında bıçaq tapıldığına görə Məmməd İbrahim karserə salınıb. M.İbrahim etiraz əlaməti olaraq aclığa başlayıb. Amma sentyabrın 28-də cəzaçəkmə müəssisəsinin rəisi M.İbrahimin oğlunu qəbul edib və atasının sentyabrın 29-da azad ediləcəyinə inandırıb.

Səhər ailə üzvləri və partiya yoldaşları M.İbrahimi qarşılamaq üçün gəldikdə onlara bildiriblər ki, o, Bakı istintaq təcridxanasına aparılıb. Bunun səbəbi açıqlanmayıb.

Sonradan fəalın oğluna bildiriblər ki, M.İbrahimə qarşı CM-in 317-2.1-ci maddəsi ilə (penitensiar müəssisədə qadağan edilmiş əşyanın saxlanması) ittiham irəli sürülüb. Bu maddə ilə onu 6 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə M.İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Həbsxana rəhbərliyinin davranışından narazı olan AXCP tərəfdarları cəzaçəkmə müəssisəsi qarşısında “Azadlıq!” şüarı ilə etiraz aksiyası keçiriblər.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və sonradan CM-in 221.2.2-ci maddəsi ilə (xuliqanlıq, polisə müqavimət göstərməklə törədildikdə) 3 il müddətinə azadlıqdan həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Ana səhifəXəbərlərMəmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb